"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a qarşı oyunlarının vaxtı açıqlanıb.
QOL.az UEFA-nın saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilk matçını fevralın 18-də Tofq Bəhramov adına Respublika Stadionunda keçirəcək. Görüş saat 21:45-də başlayacaq.
Cavab qarşılaşması isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-də, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-də, saat 00:00-da start götürəcək. Oyun "St James' Park" stadionunda olacaq.