AZ

Qazaxıstan və Gürcüstan Orta Dəhlizlə bağlı layihələri müzakirə edib

Astana, 30 yanvar, AZƏRTAC

Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev Gürcüstanın bu ölkədəki səfiri Levan Diasamidze ilə görüş keçirib.

AZƏRTAC Qazaxıstan XİN-ə istinadla xəbər verir ki, tərəflər gündəliyin aktual məsələlərini müzakirə edib və ənənəvi dostluq və tərəfdaşlığa əsaslanan münasibətlərin daha da möhkəmləndirilməsində qarşılıqlı maraqlı olduqlarını təsdiqləyiblər.

Görüşdə iqtisadi-ticari və investisiya əməkdaşlığının inkişafına, həmçinin nəqliyyat-logistika sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə xüsusi diqqət yetirilib. Bu çərçivədə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə layihələr də müzakirə olunub.

Görüşün yekununda tərəflər əməkdaşlığın bütün istiqamətləri üzrə konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
9
1
azertag.az

2Mənbələr