AZ

“Komandanın səviyyəsi düşüb - Bütün il tənqid eşidirik, qərar haradadır?”

“Real”ın sabiq qapıçısı Santyaqo Kanisares Madrid klubuna qarşı səslənən tənqidlər barədə fikirlərini açıqlayıb.

“Real” son olaraq Çempionlar Liqasının 8-ci turunda səfərdə “Benfika”ya 2:4 hesabı ilə uduzub. Komanda bu nəticədən sonra liqa mərhələsində 9-cu pillədə qərarlaşaraq, 1/8 finala çıxmaq üçün pley-off oyunlarında iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, Kanisares “Radio Marca”-ya verdiyi açıqlamada bunları deyib:

“Ən narahatedici hal odur ki, çoxlu tənqid eşidirik, amma həll yolu çox azdır. Komandanın heyətində müəyyən disbalanslar var, bəzi oyunçular yaxşı formada deyil və görünmür ki, formaya qayıtsınlar.

Komandanın səviyyəsi düşüb və yalnız iki oyunçu Avropanın rəmzi komandasına düşüb… Amma qərarlar haradadır? Bütün il tənqid eşidirik… Qərar haradadır?”

Kanisaresin fikrincə, komandanın performansındakı problemlər yalnız tənqidlə həll olunmur və ciddi qərarlar alınmalıdır.

Seçilən
14
sportinfo.az

1Mənbələr