AZ

«Kapital Bank»ın sədrinə birinci müavin təyin edilib

«Kapital
“Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini təyin edilib. 1news.az Banker.az-a istinadən xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Cavid Mirzəyev bu vəzifəyə təyin edilib. Əlavə olaraq C.Mirzəyev “Bir” ekosisteminin Fintex Biznesi üzrə rəhbəri təyin edilib.
Cavid Mirzəyev 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2006-2009-cu illərdə isə “İqtisadiyyatın dövlət tənzimlənməsi” ixtisası üzrə magistr dərəcəsi alıb. 2018-2020-ci illərdə London Biznes Məktəbində (London Business School) Executive MBA proqramını bitirib. O, karyerasına Azərbaycan Mərkəzi Bankında iqtisadçı olaraq başlayıb və Bank Nəzarəti departamentinin Xarici nəzarət şöbəsinin müdiri vəzifəsinədək yüksəlib. 2014-cü ildən etibarən fəaliyyətini Kapital Bank ASC-də davam etdirir. Bu müddət ərzində o, bankda Risklərin idarə edilməsi departamentinin direktoru və Baş Risk İnzibatçısı vəzifələrində çalışıb. 2019-cu ildən etibarən bankın İdarə Heyətinin üzvüdür.

2025-ci ildə İdarə Heyətinin üzvü, Baş Pərakəndə Biznes İnzibatçısı vəzifəsinə təyin edilib.

Seçilən
22
1news.az

1Mənbələr