"Qəbələ" Misli premyer-liqasının 17-ci tur matçında "İmişli"ni məğlub etdi - 3:2.
"Football-plus.az" xəbər verir ki, "qırmızı-qaralar"ın məşqçisi George Çixradze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Çox maraqlı və dinamik oyun oldu. Bu matçda yaxşı hazırlaşmışdıq. Bizə xallar lazımdı. Təhlükəli zonadan çıxmalıyıq. Oyunu qələbəyə uyğun qurmuşduq. Komanda xarakter göstərdi. Futbolçulara və azarkeşlərə təşəkkür edirəm.
- Bugünkü qələbədə Domi Massumonun rolu nə dərəcədə böyükdü?
- Çox vacib və gözəl qollar vurduq. Qələbədə payı böyükdü. Amma komanda yoldaşları da ona kömək etdilər. Komanda oyunu sayəsində qollar vurub qələbə qazandıq.
- Qarşıda kubok və çempionat oyunları var. Sıx qrafik komandaya necə təsir edəcək?
- Bizim üçün ən vacibi növbəti oyundu. Kubok və çempionatı ayırmırıq. Fasilə azdı, yaxşı bərpa keçməliyik. Ondan sonra qarşıdakı görüşə hazırlaşacağıq.
- "Karvan-Yevlax"ın bu gün məğlub olduğunu nəzərə alsaq, qələbəni 6 xala bərabər hesab etmək olar?
- Bizim üçün vacib olan özümüzün qalib gəlməsidi. Təbii ki, digər rəqiblərə də diqqət yetiririk. Amma ən vacibi bizim xallar toplamağımızdı.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta