AZ

Trampdan İranla bağlı SON DƏQİQƏ AÇIQLAMASI: “Daha böyük qüvvə göndərilir”

ABŞ Prezidenti Donald Tramp İrana doğru Venesuelaya göndəriləndən daha böyük hərbi qüvvələrin yerləşdirildiyini açıqlayıb.

“Bizim hazırda İrana doğru hərəkət edən böyük bir armadamız, donanmamız var — bunu necə adlandırmaq istəsəniz, adlandırın. Bu qüvvələr Venesuelada olanlardan da böyükdür. Əgər razılaşma əldə etsək, bu yaxşı olar. Əgər yox — onda görəcəyik nə baş verəcək”, – deyə Tramp bildirib.

NOCOMMENT.az xəbər verir ki, Ağ Evdə jurnalistlər Trampdan ABŞ-ın İranla bağlı növbəti addımlar atmasından əvvəl Tehrana vaxt məhdudiyyəti qoyulub-qoyulmadığını soruşublar.

Prezident isə buna cavab olaraq: “Bunu yəqin ki, yalnız onlar — iranlılar bilirlər”, – deyə qeyd edib.

Seçilən
16
nocomment.az

1Mənbələr