AZ

"Barselona"da yeni müqavilə - Rəsmi

style='margin-bottom:10px;'>

"Barselona" futbolçusu Fermin Lopezlə yeni müqavilə imzaladığını açıqlayıb.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kataloniya təmsilçisinin 22 yaşlı yarımmüdafiəçi ilə müqaviləsi 2031-ci ilin yayına qədər nəzərdə tutulub.

Mediada əvvəllər Lopezin maaşının ikiqat artacağına dair xəbərlər də yayılmışdı.

Fermin "Barselona"nın yetirməsidir. O, klubun əsas komandasında bütün yarışlarda 114 oyun keçirib, 29 qol vurub və 22 məhsuldar ötürmə edib. 

Seçilən
82
teleqraf.com

1Mənbələr