AZ

İngiltərə nəhəngi ulduz futbolçunun transferindən imtina etdi: Səbəb nədir?

“Tottenhem” Rahim Sterlinqin transferi uğrunda mübarizədən çəkilib.

Publika.az xəbər verir ki, İngiltərə millisinin sabiq ulduzu “Çelsi” ilə müqaviləni qarşılıqlı razılaşma əsasında vaxtından əvvəl ləğv etdikdən sonra azad agent statusu almıb. Sterlinq pulsuz əldə oluna bilsə də, “mahmızlar”ın rəhbərliyi danışıqları davam etdirməmək qərarına gəlib.

Jurnalist Alasder Qoldun məlumatına görə, əsas maneə 31 yaşlı futbolçunun maliyyə tələbləri olub. Sterlinq “Çelsi”də çıxış edərkən həftəlik təxminən 325 min funt sterlinq qazanırdı.

Oyunçunun maaşını azaltmağa hazır olmasına baxmayaraq, tələb etdiyi məbləğ yenə də “Tottenhem”in maaş strukturu üçün, xüsusilə 30 yaşdan yuxarı futbolçu baxımından, xeyli yüksək olub.

Seçilən
29
publika.az

1Mənbələr