AZ

"Qarabağ"ın "Nyukasl"la oyunlarının vaxtı AÇIQLANDI

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"a (İngiltərə) qarşı oyunlarının vaxtı açıqlanıb.

Bizim.Media UEFA-nın saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi ilk matçını fevralın 18-də Tofq Bəhramov adına Respublika Stadionunda keçirəcək.

Görüş saat 21:45-də başlayacaq. Cavab qarşılaşması isə Mərkəzi Avropa vaxtı ilə fevralın 24-də, saat 21:00-da, Bakı vaxtı ilə fevralın 25-də, saat 00:00-da start götürəcək. Oyun "St James' Park" stadionunda olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Nyukasl" pley-off cütünün qalibi 1/8 finalda "Barselona" və ya "Çelsi"yə rəqib olacaq. Sözügedən komandalar 1/8 finala birbaşa vəsiqə qazanıblar.

Bizim.Media

Seçilən
99
1
bizim.media

10Mənbələr