AZ

Əsgərliyə gedən gəncdən atasına səmimi ETİRAF VİDEO

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sosial şəbəkələrdə əsgərliyə yola düşən gəncin atasına etdiyi səmimi etirafın əks olunduğu görüntülər geniş marağa səbəb olub.

Milli.Az xəbər verir ki, videoda gəncin duyğulu və bir qədər də həyəcanlı halda atasına avtomobillə kiçik qəza törətdiyini etiraf etdiyi anlar yer alıb.

Kadrlarda gəncin əsgərliyə getməzdən əvvəl atasına üz tutaraq maşını vurduğunu açıq şəkildə deməsi izləyicilərin diqqətini çəkib. Atanın reaksiyası və vəziyyətə anlayışla yanaşması isə videoya baxanlar tərəfindən müsbət qarşılanıb.

Paylaşım qısa zamanda minlərlə baxış və şərh toplayıb. Sosial şəbəkə istifadəçiləri gəncin səmimiyyətini təqdir ediblər. Bəzi izləyicilər isə hadisəyə yumorla yanaşıblar.

Səmimi ailə anlarını əks etdirən video geniş maraq doğurub.

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
106
26
news.milli.az

10Mənbələr