AZ

İraqda prezident seçkiləri fevralın 1-də keçiriləcək

Bakı. Trend:

İraqda prezident seçkiləri fevralın 1-nə təyin olunub.

Trend-inməlumatına görə, yeni tarixi ölkənin Nümayəndələr Şurası müəyyənedib.

Parlamentin yaydığı məlumatda bildirilib ki, fevralın 1-dəkeçiriləcək iclasın gündəliyinə bir sıra deputatların and içməsi vəölkə prezidentinin seçilməsi məsələsi daxildir.

Xatırladaq ki, İraqda prezident seçkiləri əvvəlcə yanvarın 27-dəkeçirilməli idi. Lakin parlament iclası kvorum olmadığı üçün təxirəsalınmışdı.

Qeyd edək ki, İraq parlamenti 2025-ci il dekabrın 29-da yenisədr seçib.

Seçilən
63
az.trend.az

1Mənbələr