“Mançester Yunayted”in yarımmüdafiəçisi və kapitanı Bruno Fernandeş bu ay “Real Madrid”ə xidmətlərini təklif edərək “Kral Klubu”na qoşulmaq istədiyini bildirib.
İdman.Biz-in “The Touchline”a istinadən məlumatına görə, portuqaliyalı yarımmüdafiəçinin təklifi “Los Blancos” tərəfindən rədd edilib.
Mediada əvvəllər yayılan xəbərlərdə oyunçunun “Mançester Yunayted”dəki vəziyyətdən bezdiyi və yayda komandadan ayrılmaq istədiyi bildirilirdi.
Fernandeş 2020-ci ilin qışından bəri “Qırmızı şeytanlar”da oynayır. Bu mövsüm portuqaliyalı bütün yarışlarda 22 oyunda meydana çıxıb, beş qol vurub və 11 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 40 milyon avrodur.