AZ

“Flamenqo” Lukas Paketanın transferini rəsmən açıqladı

Bakı. Trend:

“Flamenqo” rəsmi saytında 28 yaşlı yarımmüdafiəçi LukasPaketanın İngiltərənin “Vest Hem” klubundan transfer olunduğunuelan edib.

Trend xəbər verirki, futbolçu ilə bağlanan müqavilə 2030-cu ilin sonunadək qüvvədəolacaq. Paketa “qırmızı-qaralar”ın heyətində 20 nömrəli forma iləçıxış edəcək.

Flamenqo” bu transfer üçün Braziliya futbolu tarixində rekordməbləğ sayılan 42 milyon avro ödəyib.

Qeyd edək ki, Lukas Paketa “Flamenqo”nun gənclər sistemininyetirməsidir. O, 2019-cu ildə Braziliya klubundan “Milan”a transferolunub, 2022-ci ilin yayından isə “Vest Hem”də çıxış edirdi.İngiltərə klubunun heyətində bütün turnirlərdə 139 oyuna çıxanyarımmüdafiəçi 23 qol vurub və 15 məhsuldar ötürmə edib.

Transfermarkt portalının məlumatına görə, futbolçunun hazırkıbazar dəyəri 35 milyon avro təşkil edir.

Seçilən
23
az.trend.az

1Mənbələr