AZ

Gemini süni intellekti Google Maps tətbiqində aktivləşdirildi

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Google Maps" artıq gəzinti və velosiped marşrutları zamanı "Gemini" süni intellekt köməkçisi ilə qarşılıqlı əlaqə qurmaq imkanı təqdim edir. Bu xüsusiyyət əvvəllər yalnız sürücülük rejimində mövcud olan və noyabr ayında istifadəyə verilmiş danışıq naviqasiya funksiyasına əlavədir.

Lent.az xəbər verir ki, bu barədə "MacRumors" məlumat yayıb.

İstifadəçilər naviqasiya ekranından çıxmadan və ya gözlərini yoldan çəkmədən səs vasitəsilə sual verə bilərlər. Məsələn, gəzinti zamanı süni intellektdən yaxınlıqdakı kafelər barədə soruşa, velosiped sürərkən isə əlləri sükandan çəkmədən təxmini çatma vaxtını öyrənmək olar. "Gemini", həmçinin əlavə məlumatları addım-addım əldə etməyə imkan verən detallı sorğuları dəstəkləyir.

Köməkçi dayanacaqlar əlavə etmək, alternativ marşrutları göstərmək və səsli sorğuları deaktiv etmək kimi naviqasiya əmrlərini də qəbul edir. Ona növbəti döngə və ya təyinat yerindəki hava haqqında praktik suallar da vermək mümkündür.

"Gemini" ekranın yuxarı sağ küncündəki köməkçi işarəsi və ya səs əmri ilə aktivləşdirilə bilər.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
4
lent.az

5Mənbələr