ABŞ prezidenti Donald Tramp UFC turnirini təşkil etmək üçün Ağ Evin qarşısında arena tikəcəyinin anonsunu verib.
İdman.Biz-in məlumatına görə, tədbirin bu il iyunun 14-də keçirilməsi planlaşdırılır.
“Onlar həqiqətən inanılmaz bir şey tikməyə hazırlaşırlar. Bu, bizim (Amerikanın) 250 illik yubileyimizlə bağlıdır və bunun üçün bir çox əla işlər planlaşdırılır. Arena Ağ Evin düz qarşısında tikiləcək. Döyüşləri 100.000 nəfər izləyə biləcək. Orada çoxlu insan olacaq... Hətta neçə nəfər olduğunu da deməyəcəyəm, çünki düşünürəm ki, bu, rekord ola bilər. Biz Amerikanın böyüklüyünü qeyd edəcəyik”, - Tramp mətbuat konfransında bildirib.