AZ

Goranboyda qadın əri tərəfindən bıçaqlanıb

Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini J. Yolçuzadə bıçaq xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Qadın dərhal əməliyyat olunub, hazırda vəziyyətinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata əsasən, qadın həyat yoldaşı tərəfindən bıçaqlanıb. Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxsin psixi problemlərinin olduğu qeyd edilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Seçilən
22
apa.az

1Mənbələr