AZ

Komandaya dəstək veriləcək, stadion təmir ediləcək – Bölgə klubu bu səfər sevinəcək?

Ağdaş şəhər stadionunda yaxın vaxtlarda təmir-bərpa işləri aprılacaq.

İdmanxeber.az-a verilən məlumata görə, bununla bağlı rayon rəhbərliyi və Futbolun İnkişaf Fondu ötən günlərdə iclas keçirib. Görüş zamanı Ağdaş şəhər stadionunun hazırkı durumu müzakirəyə çıxarılıb.

Yerli iş adamlarının da iştirak etdiyi iclasda stadionun paltardəyişmə otaqlarının yenilənməsinə və Azərbaycan II Liqasında mübarizə aparan “Ağdaş” komandasına maddi dəstək göstərilməsinə qərar verilib.

Daha öncə də rayonda bənzər toplantılar keçirilsə də, hər hansı bir ciddi addım atılmamışdı.

Ancaq bu səfər məsələnin rayon rəhbərliyinin nəzarətində olduğu və qısa vaxtda stadionda çalışmaların başlaması gözlənilir.

 

Seçilən
5
idmanxeber.az

1Mənbələr