AZ

Qazaxıstanda yeni qadağalar: Prezident bir dəfə seçiləcək, qohumları yüksək vəzifə tuta bilməyəcək

BAKI, 31 yanvar. TELEQRAF

Qazaxıstanın yeni Konstitusiya layihəsinə əsasən, ölkə prezidenti yalnız Qazaxıstan doğulan və 40 yaşdan yuxarı vətəndaş ola bilər və bu vəzifəni yalnız bir dəfə 7 illik müddətə icra etmək mümkün olacaq. Yeni dəyişikliklə prezidentin yaxın qohumlarına dövlətdə ali vəzifələr tutmaq qadağan ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə ictimai müzakirə üçün yayımlanan Konstitusiya layihəsinin mətnində deyilir.

Qazaxıstanın hazırkı Konstitusiyasında da oxşar müddəalar mövcuddur, bunlar 2022-ci ildə keçirilmiş referendumdan sonra əsas qanuna daxil edilib. Həmin referendumla prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılmış, amma yenidən namizəd olmaq qadağan edilmiş, həmçinin dövlət başçısının yaxın qohumlarının siyasi vəzifələr və dövlətin iştirakı ilə yaradılmış şirkətlərdə rəhbər postlar tutmasına məhdudiyyət qoyulmuşdu.

Dövlət başçısı vəzifəsinə namizədə dair tələblər dəyişməz qalır: yaş həddi, doğuşdan vətəndaşlıq, dövlət dilini (qazax dili) bilmə, ali təhsil, ən azı 5 il dövlət qulluğu və ya seçkili vəzifələrdə təcrübə.

Ayrıca təklif edilmiş yeni norma da əlavə edilib: prezident seçkiləri dövlət başçısının səlahiyyətləri dayandırıldıqdan sonra iki ay ərzində keçirilməlidir. Hazırkı Konstitusiyada isə qeyd olunur ki, növbəti prezident seçkiləri dekabr ayının ilk bazar günü keçirilir.

Layihəyə görə, prezident seçkilərində qalib birinci turda 50%-dən çox səs toplayan namizəd sayılacaq. Əgər heç kim səslərin yarısından çoxunun səsini qazanmasa, ikinci tur keçiriləcək və burada iki namizəd iştirak edəcək, ən çox səs toplayan qalib elan ediləcək.

Prezidentə siyasi partiya üzvü olmaq, deputat mandatı daşımaq və biznes fəaliyyəti ilə məşğul olmaq qadağandır. Bu qaydalar artıq qüvvədə olan Konstitusiyada da əksini tapıb.

Seçilən
21
2
teleqraf.com

3Mənbələr