AZ

Donor olmaq istəyənlərin sayı artıb

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu gün keçirilən tədbirin əhəmiyyəti olduqca böyükdür. Onun sözlərinə görə, Qafqazda ilk dəfə olaraq ürək transplantasiyası əməliyyatının Azərbaycanda həyata keçirilməsi ölkə səhiyyəsi üçün son dərəcə qürurverici hadisədir.

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Akademik Əhliman Əmiraslanov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə səhiyyə sahəsində əldə olunan uğurlar bu cür mürəkkəb əməliyyatların icrasına imkan yaradıb.

Akademik əlavə edib ki, ilk ürək transplantasiyası əməliyyatından sonra orqan donoru olmaq istəyənlərin sayında artım müşahidə olunur. Onun sözlərinə görə, bu fakt cəmiyyətdə orqan donorluğuna münasibətin dəyişdiyini və maarifləndirmə işlərinin nəticə verdiyini göstərir.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
12
cebheinfo.az

10Mənbələr