Ölkəmizdə transplantasiya əməliyyatları sistemləşdirilmiş şəkildə aparılır.
APA xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda keçirilən elmi-praktiki dəyirmi masada çıxışı zamanı bildirib.
“Transplantasiya əməliyyatları ilə bağlı gözləmə siyahısı var. Xüsusi mexanizmlərdən istifadə edilir. Koordinasiya Mərkəzində yaxın qohum olmayanların orqan donoru olması məsəlsəinə baxılır. Bundan əlavə, sistemin elektronlaşması məsələsi gündəmdədir. Bu sahədə müəyyən işlər görülüb, hələ ki tamamlanmayıb”, deyə nazir müavini bildirib.