Bakı.Trend:
Ürək transplantasiyası göydən düşmüş hadisə deyil. Bu, uzunillər məqsədyönlü görülən işlərin nəticəsidir.
Trend xəbərverir ki, bu fikirləri bu gün “Qafqazda ilk ürək transplantasiyası:Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər”mövzusunda keçirilən elmi-praktiki dəyirmi masada çıxışı zamanısəhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.
N.Zeynalov qeyd edib ki, 2008-ci ildən bu günədəktransplantasiya sahəsində xüsusi işlər görülür:
“Meyitdən orqanların köçürülməsi üçün ardıcıl tədbirlər həyatakeçirilir. Bu istiqamətdə 2020-ci ildə qəbul edilən qanunfəaliyyətimizin hüquqi bazasını təşkil edir. 2022-ci ildəKoordinasiya Mərkəzinin yaradılması ilə ölkədə transplantasiyaprosesi sistemli şəkildə aparılmağa başlanıb. Mərkəz yaradılanadəkorqan transplantasiyasının qeydiyyatında şəffaflıq məsələsi mövcudidi. Hazırda mərkəzdə donorların siyahısı var və bu istiqamətdəxüsusi mexanizm formalaşdırılıb”.
O vurğulayıb ki, transplantasiya ilə bağlı sisteminrəqəmsallaşdırılması da aktualdır və bu istiqamətdə işlər davametdirilir:
“Orqan köçürülməsində növbəti mərhələ əməliyyatların icbaritibbi sığorta hesabına qarşılanması oldu. Bu əməliyyatlar kifayətqədər məsrəflidir. Məhz 2023-cü ildə transplantasiyaəməliyyatlarının icbari tibbi sığorta ilə təmin edilməsi ciddisıçrayış yaratdı”.