“Hazırda Azərbaycanda mindən çox şəxsin orqana ehtiyacı var”.
"Cebheinfo.az" APA-ya istinadən xəbər verir ki, bunu Orqan Donorluğu va Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırda 4642 şəxs dializ müalicəsi alır:
“Həmin şəxslərin donor ola biləcək insanlara ehtiyacı var. Azərbaycanda ilk meyit orqan transplantasiyasından sonra donor olmaq istəyənlərin sayı 1200-ü keçib".
"Cebheinfo.az"