Bakı. Trend:
Bu ilin yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar vəqeyri-banklar tərəfindən ev təsərrüfatlarına qoyulmuş kreditlərinhəcmi 19,053 milyard manata çatıb.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 334,7 milyon manatvə ya 1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,022 milyardmanat və ya 11,9% çoxdur.
Qeyd edək ki, ümumilikdə bu ilin yanvarın 1-nə Azərbaycanda realsektora kredit qoyuluşu üzrə kredit portfeli 32,471 milyard manattəşkil edib.
Bu da aylıq müqayisədə 462,5 milyon manat və ya 1,4%, 2024-cüilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manatvə ya 9,2% artım deməkdir.