AZ

Xalq artistinin döyülən oğlundan xəbər var

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyevin küçədə döyülən oğlu Artur Balıyev xəstəxanadan ev buraxılıb.

 

Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

 

Məlumatda bildirilir ki, yanvarın 30-da 1981-ci il təvəllüdlü şəxs (kişi) müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

 

Pasiyentə qasıq sümüyünün və orbit sümüyünün sınığı diaqnozları təyin edilib, zəruri tibbi xidmətlər göstərilib.

 

Onun vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

 

Oxu.az

Tarix: 31 Yanvar 2026, 16:24   
Seçilən
43
2
pravda.az

3Mənbələr