AZ

Bölgə klubu komandadan ayrılan futbolçuları cəzalandırır? – Maaşları verilmir, telefonları açılmır

Azərbaycan I Liqası “Mingəçevir” klubu ilə bağlı redaksiyamıza şikayət daxil olub.

İdmanxeber.az-a verilən məlumata görə, komandadan ayrılan iki futbolçunun maaşları ödənmir. Söhbət “Səbail”ə gedən Qurban Səfərovla, “Karvan-Yevlax”a keçən Samir Abdullayevdən gedir.

Adıçəkilən futbolçular ötən ayın maaşlarını ala bilmir.  Maraqlıdır ki, “Mingəçevir”in bütün futbolçularının dekabr ayı üçün əmək haqqları ödənilib.

Ancaq Səfərovla Abdullayevin pulları köçürülmür.

Futbolçular komandanın baş məşqçisi Ramiz Məmmədovla, klubun icraçı-direktoru Vüqar Məmmədova dəfələrlə zəng vursalar da, cavab ala bilmirlər. 

 

 

Seçilən
8
idmanxeber.az

1Mənbələr