Azərbaycan Premyer Liqasının XVIII turunda “Neftçi” səfərdə “Araz Naxçıvan”la üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, “ağ-qaralar” görüşə itkisiz çıxacaq. Komandanın heyətində cəzalı və ya zədəli futbolçu yoxdur.
Naxçıvan təmsilçisində isə cəzalı Bəxtiyar Həsənalızadə ilə zədəli Paro İssuf matçda çıxış edə bilməyəcək.
Qarşılaşma bu gün saat 16:00-da start götürəcək.