AZ

Aİ ölkələrinin ordusu terror təşkilatı hesab olunur – İran parlamentinin sədri

Bakı. Trend:

İran parlamentinin qəbul etdiyi qanuna əsasən İslam İnqilabıKeşikçilər Korpusunun (SEPAH) terror qruplaşması elan olunmasınaqarşılıq olaraq Avropa İttifaqına üzv ölkələrin orduları terrortəşkilatları hesab olunur.

Trend-inməlumatına görə, bunu İran parlamentinin sədri Məhəmməd BaqirQalibaf bu gün (1 fevral) parlamentin plenar iclasında deyib.

Onun sözlərinə görə, bu addımın mənfi nəticələrində Avropaİttifaqı məsuliyyət daşıyır.

“Avropa İttifaqının terrorizmin genişlənməsinə ən böyük maneəolan SEPAH-a zərbə vurmaq üçün göstərdiyi səy əslində özünə zərbəvurmaq mənasındadır”, - deyə o qeyd edib.

Parlamentin iclasında rəyasət heyətinin üzvü Əlirza Səlimibildirib ki, Avropa İttifaqına üzv ölkələrin ordularının terrorçuhesab olunduğunu nəzərə alaraq, bu birliyə üzv ölkələrinsəfirliklərindəki hərbi attaşelərinin ölkədən çıxarılması diqqətmərkəzində saxlanılmalıdır.

Parlament sədri Məhəmməd Baqir Qalibaf da parlamentin MilliTəhlükəsizlik və Xarici Siyasət komitəsinin İran Xarici İşlərNazirliyi ilə məsələni diqqətdə saxlamağa göstəriş verib.

Qeyd edək ki, Avropa İttifaqı 29 yanvarda İran İslam İnqilabıKeşikçilər Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb vəİranda son etirazlarda amansızlıq göstərməkdə ittiham edib.

Məqalədə:
Seçilən
37
3
az.trend.az

4Mənbələr