Tovuzda bıçaqlanma hadisəsi olub.
Leqal.info xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində yerləşən kafelərin birində qeydə alınıb.
Belə ki, rayon sakini 1994-cü il təvəllüdlü E. Bağırov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Əraziyə cəlb edilən rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Düz Qırıqlı kənd sakini 1998-ci il təvəllüdlü Yusib Kərimov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Leqal.info
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta