AZ

"Neftçi" ilə oyuna tam hazırıq, qalib gələ bilərik"

"Araz Naxçıvan" mövsümün ikinci yarısına uğursuz start verdi.

Yeni baş məşqçi Demçenkonun debütü Qubada korlandı.

"İmişli"nin qonağı olan "Araz" hesabda iki dəfə geri düşdüyü matçda yalnız bir xalı xilas edə bildi - 2:2.

İndi isə qarşıda daha ağır sınaq var.

Muxtar respublika təmsilçisi bu gün "Neftçi"ni qonaq edəcək.

Görəsən, autsayderlə matçda xal itirdikdən sonra "ağ-qaralar"a qarşı yaxşı oyun keçirmək çətin olmayacaq?

Komandanın Fil Dişi Sahilindən olan 27 yaşlı yarımmüdafiəçisi Şarl Boli Sportinfo.az-a açıqlamasında suala cavab olaraq bunları deyib:

"Çətin oyun olacaq. Hər oyundan gözləntim qələbə qazanmaqdır.

Komandama çox inanıram.

Bütün rəqiblərə qalib gələ bilərik.

"Neftçi" ilə oyuna tam hazırıq".

Xatırladaq ki, "Liv Bona Dea Arena"da keçiriləcək oyun 16:00-da start götürəcək.

XANOĞLAN

Seçilən
13
sportinfo.az

1Mənbələr