Türkiyə Suriya ərazisindəki antiterror əməliyyatları zonalarından öz qoşunlarının çıxarılmasının mümkün şərtlərini mövcud Dəməşq hakimiyyətinə çatdırıb.Metbuat.az xəbər verir ki, “Türkiye” qəzetinin bazar günü nəşrində bu şərtlər barədə məlumat verilib. Türkiyə təhlükəsizlik qurumlarındakı mənbələrə istinadla bildirilib ki, Ankara "qonşu ölkənin hər yerində Dəməşqin mərkəzi hökumətinin qurulacağı, Türkiyə sərhədlərinin təhlükəsizliyinin təmin ediləcəyi və terror təhlükəsinin aradan qaldırılacağı" təqdirdə qoşunlarını Suriyadan çıxarmağa hazırdır. Məqalədə qeyd olunur ki, ABŞ nəhayət ki, sözdə "Suriya Demokratik Qüvvələri"nin onurğasını təşkil edən YPG terrorçularına dəstəyini dayandırıb.Qəzeti yazır: “On ildən sonra Vaşinqton dəfələrlə və israrla “bir terror təşkilatı (İŞİD – red.) ilə digər cinayətkar təşkilatdan istifadə edərək mübarizə apara bilməzsiniz” deyə təkid edən Ankaranın mövqeyinə gəlib”. Məqalənin müəllifi terrorçuların Suriya Demokratik Qüvvələrinin Suriya Milli Ordusuna inteqrasiyası ilə bağlı razılaşmaları və Dəməşqin YPG yaraqlılarına qarşı sonrakı uğurlu əməliyyatlarını xatırladaraq vurğulayıb: “Hətta amerikalılar da YPG terrorçularının hərəkətlərindən qəzəbləniblər”.Türkiyə Silahlı Qüvvələrinin əməliyyat zonalarında olan inzibati strukturlarının tədricən Suriya hökumətinin nəzarətinə keçirildiyi də bildirilir.