AZ

Avropa yanvarda rekord həcmdə LNG idxal edib

Avropa yanvar ayında rekord həcmdə mayeləşdirilmiş təbii qaz (LNG) idxal edib.

APA xəbər verir ki, bu barədə "TASS" agentliyi "Gas Infrastructure Europe" (GIE) məlumatları əsasında apardığı hesablamalara istinadən məlumat yayıb.

Yanvarın yekunlarına görə, Avropa terminallarından Aİ-nin qaz nəqli sistemi istiqamətində LNG axınları təxminən 12,7 milyard kubmetr təşkil edib.

Bu göstərici 2025-ci ilin yanvar ayı ilə müqayisədə isə 22 faiz çoxdur.

Seçilən
20
3
apa.az

4Mənbələr