Milyarder və Microsoft şirkətinin qurucusu Bill Qeytsin nümayəndəsi, Ceffri Epşteynlə bağlı qalmaqallı iş üzrə bu yaxınlarda dərc olunmuş sənədlərdə yer alan ittihamları qəti şəkildə rədd edib.
Bizim.Media xəbər verir ki, cinsi cinayətlərdə ittiham olunan və həbsxanada ölü tapılan Ceffri Epşteynin işi, istintaq materiallarının bir hissəsinin ictimaiyyətə açıqlanmasından sonra ABŞ-da yenidən gündəmin mərkəzinə düşüb.
Bir sıra elektron məktublarda Bill Qeytslə bağlı təsdiqlənməmiş iddialar da yer alır. Həmin iddialara görə, guya Qeyts “rusiyalı qızlarla” münasibətlərdən sonra yaranmış xəstəliyi o vaxtkı həyat yoldaşından gizlətməyə çalışıb.
Business Insider nəşrinə açıqlama verən Bill Qeytsin nümayəndəsi bu iddiaları belə şərh edib:
“Bu iddialar tamamilə absurddur və tam şəkildə yalandır. Bu sənədlərin göstərdiyi yeganə şey Epşteynin Qeytslə davamlı münasibətlərinin olmamasından duyduğu məyusluq və onu cəlb etmək, eləcə də ləkələmək üçün hansı addımlara hazır olmasıdır.”
Qeyd olunur ki, yeni materiallar Epşteynin cinayətləri ilə bağlı araşdırmanı əhatə edən 3 milyondan çox sənədin — elektron məktublar, məhkəmə materialları və fotoşəkillərin daxil olduğu genişmiqyaslı açıqlamanın bir hissəsidir.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta