Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ Ədliyyə Nazirliyinin dərc etdiyi Ceffri Epşteyn sənədləri ictimaiyyətdə geniş əks-səda doğurduğu bir vaxtda Prezident Donald Tramp daha bir bəyanatla çıxış edib.
"Cebheinfo.az" xəbər verir ki, Los-Anceles şəhərində keçirilən 68-ci "Grammy" mükafatlandırma mərasimində gecənin aparıcısı Trevor Noa Billi Aylişin "İlin mahnısı" mükafatını qazanmasından sonra Trampa eyham vurub:
"Budur ilin mahnısı. Təbriklər, Billi Ayliş. Bu, hər bir sənətçinin arzuladığı "Grammy"dir, eynilə Trampın Qrenlandiyanı istəməsi kimi. Bu, həm də məntiqlidir, çünki Epsteyn artıq ortada olmadığına görə Bill Klintonla vaxt keçirmək üçün onun yeni bir adaya ehtiyacı var”.
ABŞ Prezidenti Donald Tramp isə öz sosial media hesabında paylaşım edərək, mərasimdə onu tənqid edən Noanı hədəf alıb.
"Grammy" mükafatlarını "izlənilməyəcək dərəcədə pis" adlandıran Tramp Noanın ifadələrinə görə hüquqi yollara müraciət edə biləcəyini deyib.
Tramp Epsteyn sənədləri ilə bağlı bu fikirləri səsləndirib:
"Bill adına danışa bilmərəm, amma Epşteyn adasına heç vaxt getməmişəm, yaxınlığından belə keçməmişəm. Buaxşamkı yalan və iftira xarakterli açıqlamaya qədər saxta xəbər mediası da daxil olmaqla, heç kim məni bunda günahlandırmamışdı".
Nigar Hacılı
"Cebheinfo.az
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.