Böyük Britaniyada vərəm hallarının sayı dörddə bir artıb.
Medicina.az xəbər verir ki, bu barədə Britaniyanın "The Daily Express" qəzeti Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) məlumatlarına istinadən məlumat verib.
Dərc olunmuş məlumata görə, ölkədə vərəm hallarının sayı son bir neçə ildə xeyli artıb. 2025-ci ildə Böyük Britaniyada 5424 hal qeydə alınıb ki, bu da 2022-ci illə müqayisədə 25% artım deməkdir.
Pik insident 2024-cü ildə baş verib, o zaman ölkədə 5480 vərəm halı aşkar edilib. Ən çox hal, göstərildiyi kimi, Böyük Britaniyanın şimal-şərqində qeydə alınıb.
Məqalədə həmçinin qeyd olunub ki, vərəmin müasir forması əsasən ağciyərlərə təsir edir. Xəstəlik qan öskürməsi və çəki itkisi kimi simptomlarla müşayiət olunur.
Aygün Musayeva