Ukraynada Kiyev bölgəsində hərbçilər üçün qəbiristanlıqla bağlı qalmaqal yaranıb.
Herbiand.az bildirir ki, bu barədə “Politika stranı” Telegram kanalı məlumat yayıb.
Bildirilib ki, Ukrayna Ali Məhkəməsi Marxalevka kəndi yaxınlığında hərbi memorial qəbiristanlığı üçün torpaq sahəsinin ayrılmasını qanunsuz hesab edib. Məhkəmə həmçinin, aşağı məhkəmələrin qərarını qüvvədə saxlayıb. Kanal bildirib ki, Ali Məhkəmənin qərarı qəbiristanlıqda tikintini faktiki olaraq dayandırır. Lakin, 2025-ci ilin avqust ayından bəri orada dəfn mərasimləri keçirilir.
Ukrayna Silahlı Qüvvələrinin əsgərləri hədələyiblər ki, veteranlar qəbiristanlığı müdafiə etmək üçün gələcəklər.
Bəxtiyar CƏFƏRLİ