AZ

Dünya çalxalanır: Epşteyn dosyelərində nələr var?

ABŞ Ədliyyə Nazirliyi Cefri Epşteyn qalmaqalı ilə bağlı təxminən 3 min yeni sənədi ictimaiyyətə açıqlayıb.

“Cebheinfo.az”-ın xarici mediaya istinadən məlumatına görə, sənədlərdə yeni şəxslərin adı və bir sıra türk vətəndaşlarının da əlaqələri yer alıb.

Epşteyn məsələsində sağ çıxan bir qadın verdiyi müsahibədə, uşaq yaşlarında sistemli cinsi təcavüzə məruz qaldığını və bunun genişmiqyaslı insan alveri şəbəkəsi ilə əlaqəli olduğunu bildirib:

"Hər gün təcavüz olunurdum, bəzən üç dəfə… Son 17 ilimi ədalətin təmin olunması üçün keçirdim. Öz həyatımı toparlamağa çalışdım, amma buna nail ola bilmədim. Əgər ABŞ Federal Təhqiqat Bürosu (FBI) və dövlət qurumları 1996-cı ildə Maria Farmeri dinləsəydi, mən təcavüzə məruz qalmazdım. Bu, yüzlərlə uşağı və minlərlə qadını əhatə edən bir insan ticarəti şəbəkəsi idi".

Epşteyn 14 yaşdan kiçik qızlara qarşı cinsi istismar şəbəkəsi yaratmaq ittihamı ilə mühakimə olunurdu və 2019-cu ildə həbsxana ölü tapılmışdı.

Sənədlərdə Prens Andreu, ABŞ Prezidenti Donald Tramp, keçmiş ABŞ Prezidenti Bill Klinton, İsrail sabiq baş naziri Ehud Barak, eləcə də ABŞ-nin keçmiş vitse-prezidenti Al Gore, aktyor Kevin Speysi, müğənni Maykl Cekson, illüzionist David Copperfield, vəkil Alan Dershovitz və keçmiş Nyu-Meksiko qubernatoru Bill Richardson kimi məşhurların da adı çəkilib.

ABŞ Federal Təhqiqat Bürosu ABŞ Ədliyyə Nazirliyi ilə birlikdə apardığı araşdırma nəticəsində məşhur şəxslərdən ibarət “müştəri siyahısı”nın mövcudluğuna dair heç bir sübut tapmadığını açıqlamışdı.

Araşdırmada hökumət rəsmiləri, məşhurlar və iş adamları da daxil olmaqla bəzi şəxslərin cinayətinə görə ört-basdır məqsədilə öldürüldüyü iddia edilən Epşteyn isə əslində həbsxanada intihar etdiyi nəticəsinə gəlinib.

Seçilən
23
cebheinfo.az

1Mənbələr