AZ

Azərbaycanda onkoloji xəstələrin sayı artır - Millət vəkili



"Əfsuslar olsun ki, onkoloji xəstələrin sayı artır. Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsasən, 2000-ci ildə tibb müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 21 088 nəfər olub. 2024-cü ildə 73 875 nəfər olub. 24 il ərzində təxminən 3.5 dəfə artıb".

Medicina.az xəbər verir ki, bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, deputat Hicran Hüseynova deyib.

O bildirib ki, ən narahatedici məqam isə uşaqlar arasında onkoloji xəstəliklərin çoxalmasıdır:

"0-13 yaş qrupu üzrə hər 100 min nəfərə 7.1 uşaq, 14-17 yaş qrupu üzrə isə hər 100 min nəfərə 10.6 uşaq bu xəstəlikdən əziyyət çəkir. Son 14 ildə uşaqlar arasında onkoloji xəstələrin sayı iki dəfə artıb. Bu rəqəmlər rəsmi statistik göstəricidir. Əlbəttə ki, bir mərkəz fiziki olaraq bu qədər xəstəyə keyfiyyətlə xidmət göstərməkdə çətinlik çəkir. Özəl klinikaların onkoloji xəstələri müalicə etməsi xəstə yükünün paylanması deməkdir. Növbələr azalacaq, insanlar üçün müalicə əlçatan olacaq. Həm də bu sahədə tibbi resursların artmasına səbəb olacaq".

"Bu dəyişiklik onkoloji xidmətlərin gələcəkdə sığorta zərfinə daxil edilməsi üçün də mühüm hüquqi baza ola bilər. Lakin həmin özəl klinikaların müasir cihazlarla təmin olunmasına, ixtisaslı kadrların hazırlanmasına ehtiyac yaranır. Bu məsələyə də xüsusi diqqət verilməlidir", - deyə deputat vurğulayıb.


medicina.az



Seçilən
1
12
medicina.az

10Mənbələr