AZ

“Qremmi”də qalmaqal...

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Musiqi dünyasının əsas tədbirlərindən biri olan 68-ci “Qremmi” mükafatlandırma mərasimi keçirilib.

525.az xarici mətbuata istinadən xəbər verir ki, Los-Ancelesdə baş tutan ənənəvi təntənəli mərasimdə ilin ən yaxşı musiqi layihələri və sənətçiləri mükafatlandırılıb. 

Lakin bu dəfə mərasim həm də müxtəlif qalmaqalları ilə yadda qalıb. Belə ki, tədbirin aparıcısı məşhur komediyaçı Trevor Noa “hər bir musiqiçi “Qremmi” mükafatını qazanmağı ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı istədiyi qədər arzulayır”- deyib və əlavə edib: “Bu da tamamilə məntiqlidir, çünki Epşteynin ölümündən sonra ona Bill Klintonla (ABŞ-nin 42-ci Prezidenti - red.) əylənmək üçün yeni bir ada lazımdır”.

Onun bu sözləri ABŞ liderinin qəzəbinə səbəb olub. Bunu “yalan və böhtan” adlandıran Tramp aparıcını məhkəməyə verəcəyini açıqlayıb. 

Həmçinin, mükafatlandırma mərasimində bir çox məşhur Minnesotada iki ABŞ vətəndaşını güllələyərək öldürən və sərt rəftarlarına görə diqqət mərkəzində olan İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşlarına qarşı da kəskin etiraz edib.

"İlin ən yaxşı mahnısı" mükafatını qazanan Billie Eilish çıxışında "Heç kimin oğurlanmış torpaqlarda yaşaması qadağan deyil" ifadəsi ilə narazılığını bildirib.

Gecənin ən diqqət çəkən adlarından biri Puert- Rikolu müğənni Bad Bunny olub. O, çıxışında "ICE rədd ol" deyərək Tramp administrasiyasının immiqrasiya siyasətinə etirazını dilə gətirib. "Biz barbar deyilik, heyvan deyilik, yadplanetli deyilik. Biz insanıq və amerikalıyıq" deyən sənətçinin çıxışını tamaşaçılar ayaq üstə alqışlayıblar.

Justin Bieber, Hailey Bieber və Joni Mitchell də daxil olmaqla, çoxsaylı sənətçilər gecə boyunca üzərində "ICE rədd ol" yazısı olan döş nişanları taxıblar.

Şahanə Müşfiq

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
31
525.az

1Mənbələr