AZ

Kim yalan deyirsə, Allah bəlasını versin

ain.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Müğənni Arzu Mələk canlı efirdə verdiyi sərt açıqlamalarla gündəmə gəlib.

Milli.Az xəbər verir ki, o, aşıq Mübarizlə bağlı səsləndirdiyi fikirlərlə studiyada gərgin anlar yaşadıb.

Arzu Mələk bildirib ki, televiziya kanallarına çıxmağa başladığı dövrdə Mübariz efirdə tanınan biri olmayıb. Onun sözlərinə görə, bir müddət əvvəl aşığa açıq şəkildə mesaj göndərərək, harada qarşılaşsalar salam verməməsini istəyib:

"Səni artıq tanımıram və tanımaq da istəmirəm", - deyə müğənni vurğulayıb.

Canlı efirdə səslənən açıqlamalarda maddi mövzuya da toxunulub. Arzu Mələk iddia edib ki, Mübarizin səsləndirdiyi məsələ həqiqətə uyğun deyil və bu mövzuda deyilənlər onu ciddi şəkildə əsəbləşdirib. Sənətçi bu cür iddiaları qəti şəkildə rədd edib.

Müğənni qarşı tərəfi onun arxasınca müxtəlif verilişlərdə danışmaqda və qeybət yaymaqda da ittiham edib.

Canlı yayımda səslənən bu sərt fikirlər sosial şəbəkələrdə sürətlə yayılıb və geniş müzakirələrə səbəb olub. 

Musa

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
32
2
news.milli.az

10Mənbələr