AZ

Veysəl Rzayevi kim, niyə bıçaqlayıb? - son durumu bəlli oldu

Bilindiyi kimi, bu gün səhər saatlarında "Kəpəz"in futbolçusu Veysəl Rzayev bıçaqlanıb.

Hadisənin təfərrüatlarını və oyunçunun durumunu öyrənmək məqsədilə "sarı-göylər"in mətbuat xidmətinin rəhbəri Gəray Qiyasovla əlaqə saxladıq. Onun "Football-plus.az"a cavabı:
"Hadisənin hansı şəraitdə baş verdiyi və cinayətkarın saxlanılıb-saxlanılmadığı haqda dəqiq məlumat yoxdu. Veysəl hazırda Gəncədə yerləşən 3 saylı xəstəxanadadı. Artıq əməliyyat olunub. Durumu orta ağır olaraq qiymətləndirilir".
İddialara görə, Veysəl dostuyla başqa bir şəxs arasında yaşanan mübahisəyə müdaxilə etməyə çalışıb. Aranı sakitləşdirməyə çalışan futbolçu digər şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Xatırladaq ki, Veysəl ötən ay "Turan Tovuz"dan “Kəpəz”ə transfer olunub. Oyunçunun 23 yaşı var.

KƏNAN BAHADIR
Seçilən
10
football-plus.az

1Mənbələr