AZ

"Kəpəz"in futbolçusu Veysəl Rzayevin bıçaqlanmasının təfərrüatı

"Kəpəz"in futbolçusu Veysəl Rzayevin bıçaqlanmasının təfərrüatı açıqlanıb.

Far.Az Matc.az-a istinadən xəbər verir ki, futbolçu yaxın dostu və iki xanım tanışı ilə birlikdə gecəni "Xarizma" restoranında keçirib.

Daha sonra tərəflər səhər saatlarında xanımları evlərinə yola salarkən, Müseyib Bağırov küçəsində insident baş verib.

Belə ki, qadınlardan birinin keçmiş sevgilisi onlara yaxınlaşaraq vəziyyətlə maraqlanıb. Tərəflər arasında yaranan mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib. Hadisəni sakitləşdirməyə çalışan Veysəl Rzayev bu zaman bıçaq xəsarəti alıb.

Qeyd edək ki, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalara başlanılıb.

Futbolçu Gəncə şəhər 3 nömrəli Təxirəsalınmaz Təcili Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.

***09:51

DİN-in regional qrupundan Far.Az-ə bildirilib ki, faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.

"Əməli törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür",-deyə məlumatda qeyd olunur.

***09:17

"Gəncədə bıçaqlanan "Kəpəz"in futbolçusu Veysəl Rzayevin ölüm təhlükəsi yoxdur".

Far.Az xəbər verir ki, bu barədə Oxu.Az-a klubun mətbuat xidmətindən bildirilib.

"Hadisə səhər saatlarında baş verib. Amma səbəbi hələlik bəlli deyil. Vəziyyəti bir az ağır olsa da, ölüm təhlükəsi yoxdur", - deyə məlumatda bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, V.Rzayev bu il yanvarın 7-də "Kəpəz"ə transfer olunub.

***08:01

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Far.Az APA-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü V.Rzayev qarın boşluğunun kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.

O dərhal əməliyyat edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, bıçaqlanan şəxs "Kəpəz" futbol klubunun oyunçusudur.

Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
38
3
far.az

5Mənbələr