AZ

Dünyanın ilk hibrid pilotsuz yük təyyarəsinin sınaq uşuçu keçirilib

Bakı, 3 fevral, AZƏRTAC

Çin dünyanın ilk hibrid pilotsuz yük təyyarəsi olan “Rainbow YH-1000S”in sınaq uçuşunu başa çatdırıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, uçuş Çinin cənub-qərbindəki Çunçin şəhərinin Lianpinq rayonundakı aerodromda baş tutub. Bu inkişaf Çində böyük əhəmiyyət kəsb edən aşağı hündürlük iqtisadiyyatının inkişafına yeni təkan verib.

“YH-1000S” pilotsuz yük təyyarəsi Çin Aerokosmik Elm və Texnologiya Korporasiyasının (CASC) İnstitutu tərəfindən ilk dəfə 2025-ci ilin may ayında uçan “YH-1000” analoqunun əsasında hazırlanıb. Yeni təyyarənin əsas təkmilləşdirilməsi aparıcı elektrik nəqliyyat vasitəsi istehsalçısı ilə birgə hazırlanmış hibrid güc aqreqatıdır. Bu, uçuş və eniş məsafələrini əhəmiyyətli dərəcədə azaldır, faydalı yük tutumunu artırır və uçuş məsafəsini uzadır.

“Rainbow YH-1000S” təyyarəsində quraşdırılmış hibrid sistem Çində uçuş aparatlarında istifadə edilən ilk sistemdir. Sistem təkcə mühərriki deyil, həm də dartma qüvvəsini artıran, eyni zamanda, elektrik enerjisi istehsal edə bilən yüksək gərginlikli mühərriki özündə birləşdirir. Bu, bortda olan gərginlik çeviricisi ilə birlikdə bütün təyyarənin enerji ilə təmin edilməsinə imkan verir. Sistemin yüksək gücü müxtəlif aşağı hündürlükdə logistika ssenariləri üçün uyğundur.

“Rainbow YH-1000S” həm də geniş tətbiq sahəsinə malikdir. O, beynəlxalq logistika, təcili yardım əməliyyatları, meşə yanğınlarından mühafizə, hava şəraitinin manipulyasiyası, dəniz ətraf mühitinin monitorinqi, dənizlərin müşahidəsi və digər sahələrdə istifadə edilə bilər.

Sınaq uçuşu hibrid enerji sisteminin təyyarə modelimizlə uyğunluğunu tam təsdiqləyib və “YH-1000S”in texniki cəhətdən kommersiya istismarına hazır olduğunu nümayiş etdirib.

Seçilən
63
azertag.az

1Mənbələr