AZ

Rusiyanın TRIPP-də iştirakı absurd olar - Simonyan

TRIPP Ermənistan və Amerikanın layihəsidir.

Adalet.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan mətbuata müsahibəsində deyib.

O, Moskvanın TRIPP-ə qoşulma ehtimalının 5 fevralda Rusiyaya rəsmi səfəri zamanı müzakirə olunub-olunmayacağına dair sualı cavablandırarkən bildirib:

“Əgər söhbət oxşar marşrutun və ya oxşar yolun açılmasından gedirsə, mənim fikrimcə, bu, ayrıca bir təşəbbüs olmalıdır, amma TRIPP çərçivəsində bunu bir az absurd hesab edirəm. Çünki bu, TRIPP-in işləməsinin qarşısını almaq üçün hər şeyi etmək demək olardı”.

Seçilən
45
11
adalet.az

10Mənbələr