AZ

AYNA: Şəhərlərarası marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Azərbaycanda daha bir neçə istiqamət üzrə avtobus marşrutları ilə bağlı keçirilən müsabiqələrin qalibləri müəyyən edilib.

Aznews.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, Bakı–Gəncə, Bakı–Laçın (Laçın-Həkəri-Zəngilan yolu), Mingəçevir–Horadiz, Gəncə–Qazax, Qazax–Gəncə şəhərlərarası, həmçinin Aşağı Atuc kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi bazar) rayondaxili avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bakı–Gəncə marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC, Bakı–Laçın marşrutu üzrə hüquqi şəxs "Qarabağ Bus" MMC, Mingəçevir–Horadiz marşrutları üzrə fiziki şəxslər Hüseynova Yeganə Nasib qızı və İsgəndərov Roman Şükür oğlu, Gəncə–Qazax marşrutları üzrə fiziki şəxslər Heydarlı Orxan Vaqif oğlu və Bayramov Həsən Rəsul oğlu, Qazax–Gəncə marşrutları üzrə fiziki şəxslər Rzayev Alxan Rafiq oğlu və Yolçuyev Asəf Rəfayıl oğlu, Aşağı Atuc kəndi (Quba) – Heydər Əliyev prospekti (Mərkəzi bazar) marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" qalib elan olunublar.

Seçilən
66
6
aznews.az

10Mənbələr