AZ

Qlobal pərakəndə satışlarda elektron ticarətin payı 2028-ci ilə qədər əhəmiyyətli artacaq

Bakı. Trend:

Qlobal pərakəndə satışlarında elektron ticarətin payı 2028-ciilə qədər 24 faizə yüksələcək.

Trend-inməlumatına görə, bu barədə “Mastercard” tərəfindən AzərbaycanMərkəzi Bankı ilə əməkdaşlıq çərçivəsində hazırlanmış “Azərbaycandarəqəmsallaşmanın növbəti dalğası” adlı araşdırma sənədindədeyilir.

“Fiziki ödənişlərin inkişafını qabaqlayan elektron ticarətinsürətli artımı daha da intensivləşəcək və qlobal miqyasda nağdsızödənişlərə keçidin əsas hərəkətverici qüvvəsinə çevriləcək. 2023-cüil vəziyyətinə görə, elektron ticarət qlobal pərakəndə satışlarınümumi həcminin təxminən 19,4 faizini təşkil edib və gözlənilir ki,2028-ci ilə qədər bu göstərici 24 faizə çataraq bazarın əhəmiyyətlihissəsini fiziki ödənişlərdən alacaq”, - məlumatda qeyd olunur.

Bununla yanaşı vurğulanır ki, nağd pul xüsusilə bankxidmətlərindən kənarda qalan əhali arasında xırda ödənişlər üçün vəfövqəladə hallarda ehtiyat vasitə kimi istifadə olunmağa davam etsədə, rəqəmsal ödəniş üsullarının daha geniş yayılması vərahatlaşması fonunda gündəlik hesablaşmalardakı rolu tədricənazalacaq.

“Sonda fiziki satış nöqtələrində nağd puldan istifadəninazalacağı proqnozlaşdırılır. “Worldpay” hesabatına əsasən, 2023-cüildə nağd pul fiziki POS-terminallarında həyata keçirilənəməliyyatların ümumi dəyərinin 16 faizini təşkil edib, lakin2027-ci ilə qədər bu göstəricinin 11 faizə enəcəyi gözlənilir”, –sənəddə qeyd olunur.

Məqalədə:
Seçilən
123
az.trend.az

1Mənbələr