Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində V. Rzayevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 25 yaşlı Nihad Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
Bu barədə BAKU.WS-ə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Araşdırmalar davam etdirilir.
***09:35
Ötən gün Gəncədə "Kəpəz" klubunun futbolçusunun bıçaqlanması faktı ilə bağlı cinayət işi başlanılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci(qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
Qeyd edək ki, 2001-ci təvəllüdlü Məmmədov Nihad Əhliman oğlu aralarında yaranmış mübahisə zamanı 2002-ci il təvəllüdlü Rzayev Veysəl Mehman oğluna kəsici alətlə bir dəfə zərbə vurub.
Veysəl Rzayev xəstəxanaya yerləşdirilib.