Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəpaytaxtın Nərimanov rayonu ərazisində sursat aşkar edilməsi barədəməlumat daxil olub.
Trend xəbər verir ki, bubarədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli XilasetməXidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisəyerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiqtəhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxışzamanı aşkar edilmiş sursatın 1 ədəd F-1 əl qumbarası olduğumüəyyən edilib.
Sursat XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindənzərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanıbaşqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.