Bakı. Trend:
Yaxın aylarda “Neft Daşları” və “Günəşli” yataqlarındanasos-kompressor borularından istifadə etməklə (tubing drilling)qazma işlərinə başlanılması planlaşdırılır.
Trend xəbər verir ki, bunu Azərbaycan DövlətNeft Şirkərkətinin (SOCAR) Hasilat əməliyyatları üzrə idarəsinin(Upstream) qazma işlər üzrə meneceri Fərid Ümüdlü Bakıda keçirilən"IADC Drilling Caspian 2026" konfrans və sərgisində bildirib.
“Biz anlayırıq ki, mövcud problemlərin həlli üçün təkcə strukturdəyişiklikləri kifayət etmir- texnologiyalara da investisiya qoymaqlazımdır. Laylarımız (hasilat baxımından) getdikcə dahamürəkkəbləşir və neft hasilatı hər il daha çox səy tələb edir. Bu,artıq Azərbaycanda fəaliyyət göstərən bütün operatorların üzləşdiyimilli səviyyəli çağırışdır”,- deyə o qeyd edib.
F. Ümüdlü vurğulayıb ki, oxşar vəziyyət Xəzər regionunun digərölkələrində, o cümlədən Türkmənistanda da müşahidə olunur.
“Bu səbəbdən biz yeni texnoloji həllərin fəal şəkildə tətbiqinəbaşlamışıq. Yaxın aylarda ‘Neft Daşları’ və ‘Günəşli’ yataqlarındanasos-kompressor borularından istifadə etməklə qazmaya başlamağıplanlaşdırırıq. Laylarda geonaviqasiya texnologiyalarının tətbiqiüzrə ətraflı təhlil aparırıq. Eyni zamanda, 90 dərəcəyədəkmeyilliyə malik üfüqi quyuların qazılması həyata keçirilir. Hazırdatəxminən 15–20 belə quyu qazılıb”,- deyə o yekunlaşdırıb.