AZ

İsrailin Qəzzaya hücumu: Biri uşaq olmaqla 9 fələstinli həlak olub

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İsrail ordusunun Qəzza zolağının müxtəlif bölgələrinə artilleriya hücumları nəticəsində biri uşaq olmaqla 9 fələstinli həlak olub.

Bakıvaxtı.az-ın xəbərinə görə, WAFA agentliyi səhiyyə mənbələrinə istinadən bildirir ki, hücumlar Qəzza şəhərinin şərqindəki Zeytun və Tuffah məhəllələrindəki mülki çadırları və evləri hədəfə alıb.

Məlumata görə, Xan Yunisinin Kizan Raşvan bölgəsində köçkünlərin yerləşdiyi çadırlara atəş açılması nəticəsində də dörd nəfər həyatını itirib.

Hadisələr zamanı çoxlu sayda mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.

Əli Hüseynov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
98
bakivaxti.az

1Mənbələr