AZ

AMB bu il iqtisadi artım və neft-qaz qiymətlərinə dair proqnozlarını azaldıb

Bu il Azərbaycanda iqtisadi artımın 2,4 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 4 % olacağı gözlənilir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.

"Gələn il üçün isə müvafiq olaraq 2,9 % və 4,3% artım proqnozlaşdırılır", - deyə o qeyd edib.

Xatırladaq ki, AMB bundan əvvəl - ötən ilin oktyabr ayında 2026-cı ildə ölkədə ümumi daxili məhsulun (ÜDM) 2 %, o cümlədən qeyri-neft-qaz sektorunda 4,4 % artacağını proqnozlaşdırmışdı.

Bundan başqa, T.Kazımov deyib ki, AMB bu il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 65 ABŞ dolları, təbii qazın 1 000 kubmetrinin orta qiymətinin isə 269 ABŞ dolları olacağını gözləyir: "Gələn il üçün isə proqnozlarımız 65 ABŞ dolları və 254 ABŞ dollarıdır".

Xatırladaq ki, AMB-nin ötən ilin oktyabr ayında 2026-cı ildə sözügedən qiymətlərin müvafiq olaraq 64 ABŞ dolları və 288 ABŞ dolları olacağını proqnozlaşdırmışdı.

Seçilən
81
2
far.az

4Mənbələr